Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Müridizm və Şamil», sayfa 5

Yazı tipi:

xilas edib”, – deyə camaat arasında danışırdılar. Fəqət Şamil bilirdi ki, rəqibləri xalq arasında ondan daha güclü-dürlər. Bilirdi ki, onun uğuru yalnız və yalnız öz tanınma çevrəsini genişlətməsindən asılıdır. Ona görə də öz yaxın-larının təkliflərini rədd etdi və peyğəmbərin vəfatından 89 Bax. qeyd 81. *Bu ad ərəb imlası və oxunuşun fərqli üsulları səbəbincə fərqli tələffüz edilir. Latın hərfləri ilə bu sözü dəqiq ifadə etmək olar: Hamzah; sonuncu h səsi bəzən t- yə çevrilir; buradan da sözün birinci oxunuşu üzrə

Hamzah və ya adətən deyildiyi kimi Həmzə, ikinci oxunuş üzrə Həmzət və ya Həmzəd kimi tələffüz olunur. Mən adi, düzgün oxunuşa riayət etdim.

72

sonra müsəlmanların əldə rəhbər tutduqları qaydaları nişan verdi. O belə bəyan etdi: “Qoy imamın varisi, iddia-çıların arasından, Qazi Mollanın sadiq xidmətçilərindən, İslamın ən yaxşı dayaqlarından seçilsin”.

Onun bu ölçülü-biçili nitqi ağızdan-ağıza dolaşdı.

Müridlər arasında Şamilin xeyrinə düşünülməyə və danışılmağa başlandı; aullarda Şamilin ölüykən dirilməsi, Allahın onu İslamın müdafiəsi üçün ikinci dəfə dünyaya gətirdiyi haqda əfsanələr yayılmağa başladı…

Digər tərəfdən, Həmzə bəyin davranışı da Şamilin xeyrinə oldu. Artıq dediyimiz kimi, bu naib xalqın seçdik-lərinin Qaradağ məscidinə toplaşmasına hökm vermişdi.

Əlbəttə, imkanı olan hər kəs oraya tələsdi. Məscid mərhum imamın vəsiyyətini eşidəcəyini səbirsizliklə gözləyən adamlarla dolanda, Həmzə bir yığın silahlı adamla göründü və elan etdi ki, ölümü ərəfəsində onu varis seçən Qazi Mollanın vəsiyyətinin icrası naminə özünü indi imam elan edir və hamılıqla itaət tələb edir.

Bir çoxlarının hiddətinə baxmayaraq – çünki yaxşı bilirdilər ki, Gimrə alınanda Həmzə qaçıb canını qurtarıb və

imamın son nəfəsində təkcə Şamil az sayda müridlə onun yanında imiş – mövcud hal onun əksinə çıxmağa imkan vermirdi. Elə bu əsnada Şamilin bütün aulların ruhani şəxslərinə göndərdiyi məktub gəlib çıxdı. Bu məktub imam mənsəbinə iddiaçıdan deyil, dağlıların yaxşılığını istəyən ruhani şəxsdən idi. Məktub bu məzmunda idi:

“Allahın qulu və İslamın şərəfinin əqidə yoldaşı, imam Qazi Mollanın və həzrət peyğəmbərin xidmətçisindən… (kiməsə) Uruslar (ruslar) bayram edirlər; Gimrə alınıb, bizim imam daha yoxdur. İslamın qorunub saxlanması üçün ürəklərimiz bir olmalıdır. Müridlərin başçısı kim olursa-olsun – xalqa ona itaət 73

olunmasını təlqin edin; hakimiyyət hərisliyi bir sümükdür, qoy bizim dağlılar bu sümüyün üstündə köpəklər kimi didişməsinlər

– Allah məni bu sözümə görə bağışlasın – onlar didişərkən kafirlər gəlib bu sümüyü götürüb qaçar. Allahı köməyə çağıraraq və onun iradəsinin icrası üçün bir kəsi seçərək, kafirlərə qarşı yeni qüvvə ilə birləşək. Vəssəlam”90* .

Bu məktub Dağıstanda güclü təəssürat doğurdu. Həqiqətdə belə görünürdü ki, bütün dağıstanlılar Həmzə bəyin hökmünə tabe olublar91 və bu vəhdət dağlıları birlik şəraitində saxlayır. Fəqət daxili nifaqa son qoyulması üçün gizlicə tədbirlər görülürdü: fikir beləydi ki, imamın yerini tutmaqdan ötrü başçı ruhani şəxs olmalı və xalq arasında Həmzə bəylə müqayisədə daha böyük önəmə

sahib olmalıdır. Bunun üstündən bir az vaxt ötdü – və

Həmzə bəy Xunzaxda öldürüldü92.

Deyilənə görə, ibadət etdiyi əsnada məscidin özündə

öldürülüb, lakin mən bunu yoxlayıb dəqiqləşdirə bilmədim. Bu sui-qəsdin başlıca hərəkətverici ismi kim idi, bu-nu da bilmirəm. Müvəqqəti imamdan uzaq məsafədə olmasına baxmayaraq, bir çoxlarının sui-qəsddə Şamili ittiham etmələri fikrini isə o, qəti surətdə rədd edir. Əlbəttə, ona inanmamaq da olar, lakin Şamilin özündən və onun oğlundan eşitdiklərimdən belə məlum olur ki, bu 90 * Bu məktubun məzmunu haqda mənə imamla bir yerdə bizə təslim olan, Şamilin elmli müridlərindən Hacı Məhəmməd danışdı. Qeyd etmək lazımdır ki, Şamilin bütün məktubları (onlardan on ədədə yaxını Elmlər Akademiyası muzeyində saxlanılır) bu sözlərlə bitir: “Vəssəlam”.

91 Bütün dağıstanlıların imama tabe olduqlarını iddia etməklə, müəllif yanlışlığa yol verir. Gerçəkdə isə, nəinki bütün Dağıstan, hətta Avarıstanın özündəki əksər kəndlərin çoxu Həmzət bəyə nə təsvir edilən zamanda, nə də sonralar tabe olub. Ona görə də onları silahın gücü ilə özünə tabe etdirirdi.

92 Bax. qeyd 69

74

hadisənin tək səbəbi müridlər arasında başlanan ixtilaflar və ziddiyyətlər idi. Şamil bu vaxt Aşiltada93 yaşayırdı və

müridlərdən imamlıq təklifini dəfələrlə rədd etmişdi; Deyəsən, o bilirdi ki, onların iradəsinə kor-koranə tabe olarsa, bunun sonrasında dağlılar parçalanacaq, bu isə o vaxtlar İslam üçün və bütün Dağıstan üçün təhlükəli idi

– hər halda, Şamil belə düşünürdü. Buna görə də o, imamın seçilməsi qaydasına əl atmaqda təkid edirdi ki, bu da ilk müsəlmanların qanunları və adət-ənənələri ilə üst-üstə

düşürdü və indi xidmətkar əlin köməyi ilə rəqibindən xilas olan Şamilə uğur vəd edirdi.

Sağ ikən Həmzə bəy böyük gücə sahib idi, onun çoxsaylı qohum-əqrəbası və dostları vardı. Amma xalq onu imamət taxtında görmək istəmirdi; belə bir şəraitdə seçki-nin özü uğurlu nəticə vəd edirdi və Həmzə bəy yekdillik və həmrəylik arzusunda olan kəslərin istəyinin qurbanı olmuşdu.

Hər nə oldusa, 1834-cü ildə cəm halda bütün müridlər Şamilə imaməti qəbul etməyi təklif etdilər və özlərini onun müridi elan etdilər94. O vaxtdan bu mənsəb şəkk-şübhə doğurmadan onda qaldı və o, Dağıstanın pərakəndə düşmüş camaatını öz ağlı və sərəncamları ilə birləşdirməyi, ildən-ilə onların sayını artırmağı və özfəaliyyət dairəsini genişləndirməyi, nəhayət, yüksək səviyyəyə –

93Aşilta kəndinə Şamil onun doğma Gimri aulunda sakinləri itaətə gətirə

bilməyəcəyinə yəqinlik hasil etdiyi üçün köçmüşdü. Onun anası bu kənddən idi. M.Kazım bəyin düzgün qeyd etdiyi kimi, hər şeydə Məhəmməd peyğəmbəri təqlid edən Şamil özünün Gimridən Aşiltaya gedişini də Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçməsi ilə müqayisə edirdi (Хроника…, с.76). Aşiltada Şamil 2 ilə yaxın yaşamışdı.

94Həmzət bəyin ölümündən sonra “üləmanın yığıncağı xəlifəliyi Şamilə həvalə etmişdi” (Хроника…, с.68).

75

möminlərin başçısı və Qafqazın hakimi məqamına qalxmağı bacardı.

Biz Şamilin qüdrətinin tədrici inkişafını xronoloji qaydada şərh edə bilmirik. Bu Hərbi Məcmuənin və ya yalnız dürüst mənbələrə, 1834-cü ildən 1858-ci ilə qədər Qafqazda hərbi əməliyyatlar tarixindən götürülmüş faktlara əsaslanaraq tərtib edilən xüsusi məqalənin vəzifəsi-dir. Bu əsrarəngiz adamın qəhrəmanlıq və inzibati həyatının yalnız bəzi tərəflərini izah edək.

Onun sərəncamlarından, naibləri və digər müridləri ilə yazışmalarından (sayı altmışa yaxın olan bu məktublar Elmlər Akademiyasının muzeyində qorunub saxlanılır)95

izləyə bildiyimiz qədər, Şamilin gördüyü bütün işlər onun yüksək ağlından, baş verən hadisələrə sərrast baxı-şından və fövqəladə dərəcədə möhkəm xarakterindən xəbər verir. O, öz fəaliyyətinə bir vaxtlar möminlərin peyğəmbəri Məhəmmədin başladığı tərzdə başlamışdı; Şamil bütün işlərində onu təqlid edir və öz işlərini buna uyğun olaraq qururdu.

Məhəmmədin fəaliyyəti onun Məkkədən Mədinəyə

qaçışı ilə başlanır; bu qaçış hicrət96, qısaca hicrə adlanır və

müsəlmanların ilsayımı həmin tarixdən hesablanır. Şamil də Qazi Mollanın ölümündən sonra Gimrədən Aşiltaya köçüb yerləşmişdi, bunu həmin qaydada “hicrət” sözü ilə

“qaçış” adlandırır və öz imamlığının başlanğıcını bu vaxtdan hesablayır. Ona görə ki, o, Həmzə bəyin müvəqqəti 95Şamilin çox sayda məktubu hazırda Rusiya EA Dağıstan Elm Mərkəzi Tarix, Dil və Ədəbiyyat İnstitutunun Əlyazmalar Fondunda qorunub saxlanmaq-dadır. Onların xeyli hissəsi artıq dərc edilmişdir (Движение горцев Дагестана и Чечни в 20-50 гг. XIX в.).

96 Bax. qeyd 24.

76

idarəçiliyinə imam vəzifəsini tutmağa hazır olmayan adamın özbaşınalığı kimi baxır.

Qaçarkən Məhəmmədi müşayiət etmiş bütün tərəfdarları fəxri mühacirun (tək halda mühacir) adına layiq görülmüşdülər və onlara gələcəkdə təsvirəgəlməz səadət vəd olunmuşdu. Şamil də eyni hərəkəti etmiş, hətta bir az da irəli getmişdi: bu fəxri adı – kafirlərdən baş götürüb qa-çanlara və onun himayəsini axtaranlara şamil etmiş, onlara peyğəmbərin mühacirləri ilə birlikdə səmavi aləmdə

cənnət köşkləri vəd etmişdi.

Yeri gəlmişkən, onun və naiblərinın rus hakimiyyəti altında olan müsəlmanlara ünvanlanmış dəvətlərində də

yazılırdı ki, “adınız mühacirlərin sırasına yazılsın deyə

Allahı çağırıb qaçın!” Bu, yüngülbeyin müsəlmanları yavuz Şamilə cəlb edən ən böyük şirnikdirici təkliflərdən bi-ri idi. Əks halda, Şamil onları Allaha itaətsizlik üstündə

bu dünyada əmlaklarından məhrum edir, gələcəkdə isə

cəhənnəm əzabı ilə təhdid edirdi.

Məhəmməd öz fəaliyyətinin əvvəlində qaçıb getdiyi Mədinə sakinlərinə ənsar97, yəni yardımçılar, əqidə yoldaşları fəxri adı ilə mükafatlandırmışdı. Çünki onu qəbul etmiş, işlərinə yardımçı olmuşdular.

Şamil də eyni cür hərəkət etmişdi. Aşilta sakinlərini və onu qeyd-şərtsiz qəbul edənlərin hamısını “ənsar” adlandırırdı. Öz dini mənasına görə bu söz “mühacir” sözünə bərabər idi.

“Quran”da onların barəsində deyilir: “Mühacirlərə

və ənsarlara gəldikdə… Allah onlardan razıdır və onlar da 97 Ənsar (ərəb sözü olub, tək halda − nasir) – yardımçılar, tərəfdarlar.

77

Allahdan razı qalacaqlar. O, onlara ağacları altından arxların axıb getdiyi cənnət bağları hazırlamışdır”.

Başqa bir yerdə, – “Allah artıq peyğəmbərin, mühacirlərin və ənsarların günahını təmizləmişdir”, – deyilir.

Şamil müridliyə, cihada dəvət etdiyi hər kəsə məktubla-rında bu və buna bənzər ayələrə tez-tez istinadlar edirdi.

Şamil özünə yaxın müridlərə əshab (şagirdlər, şəriklər) adı verir, bütün digərləri ümumi şəkildə mürid adlandırılırdı.

Bütün bunlar və bunun kimi digər incəliklər Şamilə

onun təbəələrinin gözündə yüksək önəm qazandırırdı; xüsusən də onu peyğəmbərin naibi hesab edən səthi düşüncəli Dağıstan camaatları arasında ona ehtiram bəslə-nirdi.

Məhəmməd öz “Quran”ını hissə-hissə diqtə edir, bunları dəri parçaları və ağac qabığı üzərində yazdırırdı98.

Şamil isə müridlərə və naiblərə ünvanladığı hökmlərini çox kiçik ölçülü kağız parçaları üzərində yazıb göndərirdi. Mən heç vaxt görməmişəm ki, bu məktublar üç ver-şokdan artıq endə olsun. Bu da Şamilin xalqı özünə cəlb edərkən peyğəmbəri təqlid etməsindəki incəliklərdən biri idi.

Səhnəyə çıxanda ilk adı imam idi, Qazi Molla da belə

adlanırdı; sonra o, əmirəl-möminin – möminlərin hökmdarı titulunu qəbul etdi. Bu adı haçan qəbul etdiyini dəqiqləşdirə bilmirəm, lakin hələ 1848-ci ilə qədərki məktubların-da belə yazıldığını görmüşəm. Onun məktubları belə

başlanırdı: “Möminlərin əmiri və müsəlmanların imamı Şəmuildən”.

98 Bax. Крывелов И.А. Указ.соч. т.II, c.141.

78

Burada Şamilin öz ikinci adını nə üçün Şəmuilə də-yişdiyini qeyd etmək yerinə düşərdi. Buna səbəb də əsas-landırılıb. Fikrimcə, burada təqlid də, mömin görünmək istəyi də öz sözünü demişdir. Bəllidir ki, peyğəmbərin adı əvvəlcə Əhməd 99* olub, sonra Məhəmməd, ondan sonra isə

Mahmud adlandırılıb. Lakin özünün ikinci adı ilə tanın-mışdır.

Şamil də eynilə hərəkət edib; əlbəttə, ona ikinci ad, yuxarıda söylədiyimiz kimi, Əlinin əvəzində təsadüfi olaraq verilə bilərdi; lakin bu mənim belə fikirləşməyimə

mane olmur ki, əgər həmin təsadüf olmasaydı və onun özünün söylədiyi kimi, adı anası tərəfindən dəyişdirilmə-səydi, hər şeydə peyğəmbərə bənzəməyin xatirinə o özü buna səbəb tapacaqdı.

Yeri gəlmişkən, o, nə səbəbə Şamili Şəmuilə dəyişdirdiyi barədə bir lətifə danışmışdı (və danışdığı əhvalat Məhəmmədin adını Mahmuda dəyişdirməsinə çox bənzəyirdi). Hələ imamlığından əvvəl Şamil iyirmi altı yaşında olanda bir auldan başqa bir aula gedən yolda yəhudi ilə

rastlaşır. Hər ikisi eyni istiqamətdə yol gedirlərmiş. Söhbətin gedişində yol yoldaşı ondan adını soruşur, o, cavab verir ki, adım Şamildir. “Necə? – deyə yəhudi deyir, –

məgər siz müsəlmanlarda da belə ad var? Axı bu bizim yəhudi adıdır!”

Həqiqətən də, yəhudilər Səmuil adını − Şəmuil, iti danışıqda isə Şamul, Şamil kimi tələffüz edirlər. Bu kəşf ciddi xarakterli müsəlmanda elə bir təəssürat oyadır ki, 99* Bax. “Quran”ın 61-ci surəsinin (əs-Səff) 6-cı ayəsi. Burada deyilir ki, Xilaskar İsa Məsih, İsrail oğullarına demiş olsun ki, ondan sonra Əhməd adlı bir peyğəmbər, yəni Məhəmməd gələcəkdir.

79

nəyin bahasına olursa-olsun adını buna dəyişdirməyə

qərar verir.

“Kitablardan oxumuşdum ki, – deyə imam mənə danışırdı,

– qədim peyğəmbərlərin və patriarxların sırasında Şəmuil adı var, ona görə də mən onun cuhud adına üstünlük verdim və im-zamı bu şəkildə qoymağa başladım”.

Əlbəttə, imam yaxşı bilirdi ki, Şəmuil adı yəhudi adıdır və Dağıstan yəhudiləri onu “Şam’il”, “Şamil”– deyə

təhrif edirlər. Lakin100* onu da bilirdi ki, bu sadə bir ad deyil, müqəddəs tarixin ehtiramla andığı peyğəmbər adıdır; ona görə də öz imamətinin lap əvvəlindən kağızları bu adla imzalamağa başladı. O vaxtdan bütün müridləri də

onu bu adla çağırdılar. Lakin xalq dilində, xüsusilə də, qonşuların dilində daim Şamil adlanıb; ehtimal ki, Dağıstan tarixində də bu adla qalacaq.

Şamil və Şəmuil adları arasında etimologiya axtarmağa ehtiyac yoxdur. Birincisi ərəb sözüdür və Allahın yüz bir adından biridir, “hər şeyi əhatə edən” anlamındadır və

mən heç vaxt eşitmədim ki, ondan şəxs adı kimi istifadə

etsinlər. Baxmayaraq ki , Allahın adlarının bir çoxundan, hətta böyük əksəriyyətindən müsəlmanlarda şəxs adı ki-mi istifadə olunur. İkincisi (Şəmuil, Şəmuel) yəhudi adıdır, ərəblərdə yalnız yəhudilərə xas ad kimi işlədilir: mənası Tanrıdan yalvarıb alınmış deməkdir və bu ad Samuilə

ona görə verilib ki, anası Anna (yəhudi dilində Hanna) gözyaşları içərisində Tanrıdan ona oğul bəxş etməsini istəyib və Tanrı onun dualarını eşidib (I Səltənət Kitabı, 100*Müsəlmanlarda peyğəmbərlərin və patriarxların tarixi müqəddəs tarixin dəyişdirilmiş şəklidir, hərçənd, onlarda çox vaxt sonuncunun kifayət qədər düzgün dəyişikliyinə rast gəlirik. Məsələn, Şamuil əhvalatı “Bibliya”dakı hekayətin demək olar eynidir. Bəzi əhvalatlarda Şəmuil İşmuil kimi yazılır.

80

fəsil I, stix 11 və 20). Belə çıxır ki, bu adlar arasında bənzərlik tamamilə təsadüfidir.

Mən, deyəsən, bu məsələdə mətləbi uzatdım. Lakin bu ona görə oldu ki, tez-tez “Şamil nə deməkdir”, “Şəmuil nə deməkdir” və “nə üçün Şamil öz imzasını sonuncu adla qoyurmuş”, – deyə suallar eşidirdim.

Dörd il Şamilin iqamət yeri Aşilta olmuşdur. 1837-ci ildə o Çərikat və Kexta 101 aullarına köçüb yerləşir və orada iki il qalır. Burada özünün sonrakı hərəkət planını qu-rur102.

O, 1840-cı ildə103 artıq o dərəcədə güclənmişdi ki, adı dəhşət saçırdı. İndiyədək imam diplomatcasına hərəkət 101 İmam elan olunan kimi, Şamil fəaliyyətini genişləndirərək, “könüllü və zor ilə” qoşun toplamağa başladı (Хроника…, с.86). Taşev-Hacının başçılığı altında çeçen qoşun dəstəsi Şamilə qoşuldu. Avar xanlarının iqamətgahı – Xun-zaxın Şamil tərəfindən tutulmasına yol verməməkdən ötrü Qafqaz komandanlığı dağlıq Dağıstana general Fezi başda olmaqla “avar ekspedisiyası” adlanan qoşun dəstəsi göndərdi. Qazi-Kumuxlu Məhəmməd-Mirzə xanın, Əhməd xan Mehdilinin qoşun dəstələri ona qoşuldu. Burundu-Qala, Ziran, Moksox, Sa-tanix və digər yerlərdə istehkamlar həmin əsnada quruldu. Hücuma baş vur-maqla general Fezinin qoşunları Şamilin müdafiə etdiyi Teletl kəndinin bir hissəsini tutdu, lakin müvəffəqiyyəti inkişaf etdirə bilmədilər. Bununla bağlı olaraq, Məhəmməd-Mirzə xanın vasitəçiliyi ilə barışıq əldə edildi. Şamil öz əsiri Həmzəti, Kibit-Məhəmməd isə Əhməd xanı girov verdi (Гаджи Али.

Сказанне очевидца о Шамиле. – Сб. свед. О кавказских горцах, 1873 г.

Вып.7, с.16). «Şamil öz ailəsinin yanına qayıtdı, onları Çerkat kəndində

tapdı”, onlar çar qoşunlarının təqibindən buraya qaçıb gəlmişdilər (Хроника…, с.82). Bununla belə, Şamil mübarizədən imtina etmirdi.

102 Şamil aydın başa düşürdü ki, mücadiləni uğurla aparmaq üçün dağlıq Dağıstanın bütün camaatlarını möhkəm birləşdirmək gərəkdir. Bunun üçün hər şeydən öncə Avar Xanlığını öz hakimiyyətinə tabe etməli, çar komandanlığının tapşırığı ilə bu vaxtlar Hacı-Muradın idarəsində olan Xunzaxı tutmalıdır. Şamil 1835-ci ildə Qatsatl kəndini ələ keçirə bildi, lakin Avarıstanı tabe etməyi heç cür bacarmadı. 1836-cı ilin əvvəlində Xunzaxı tutmağa yenə

də cəhd göstərdi, lakin bu dəfə də Hacı-Murad onun hücumunu dəf etdi.

103 Qafqaz komandanlığının başının Quba üsyanını yatırtmağa və Şimal-Qərbi Qafqazda üsyançılarla mübarizəyə qarışmasından istifadə etməklə, Şamil dağlı camaatları birləşdirmək yönündəki fəaliyyətini canlandırdı. Hərəkat 81

edirdi: ruhani şəxslərin, güclü bəylərin və mülkədarların rəğbətini özünə yönəltmişdi, lakin yetərincə qüvvətlən-dikdən sonra sadəlik və təvazökarlığı, həlimlik və yumşaqlığı kənara atdı. Ö z bildiyi kimi hərəkət etməyə başladı: dini və siyasi xarakterli bütün qərarlar ondan asılı oldu.

Əvvəllər rəylərini soruşsa da, daha üləma ilə məsləhətləş-mirdi. Hətta sakinləri nədəsə və haradasa ona xəyanət etmiş və ya dəvətini qəbul etməmiş aullara od vurmağa, əhalisini qılıncdan keçirməyə başladı.

Şamilin Rusiyaya sədaqəti ilə fərqlənən Çox camaa-tına məktubu104 yavuz imamın ona baş əyməyən dağlıları öz sıralarına necə dəvət etdiyi, onları necə inandırdığı və

hədələdiyi barədə oxucularda təsəvvür yarada bilər.

Həqiqətən də, necə yazmışdısa, elə də etmişdi. Ümumiyyətlə, o, bu kimi işlərdə eyni dəst-xətlə hərəkət edirdi: 1847-1848-ci illərin qışında Çox talan edildi və tamamilə

yerlə-yeksan olundu, müridlər orada güclü istehkam qurdular.

Bu kimi misallar Şamilə itaət etməyən dağlıları qorxuya salırdı və onları mühacirlər sırasına qəbul etməklə

sevindirmək, bunun üçün indiki hakimiyyətdən nicat tap-malarına təkliflə Tabasaran, Qaraqaytaq və Rusiyaya tabe olan digər camaatların xırda mülkədarlarından və ruhani şəxslərindən tezliklə məktublar daxil olmağa başladı.

Koysubul, Salatay, Qumbet, Andi və Çeçenistanın Dağıstana bitişik rayonları-nın kənd camaatlarını əhatə edirdi. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana ikitərəfli hücuma baş vurdu: cənubdan general Qolovin, şimaldan general Qrabbe hücum edirdi. Döyüşə-döyüşə İçkeriyadan keçib gedən Qrabbe yeni Axulqonu (Andi Koysusunun qayalı dağlarında geniş mağaraları olan istehkam) mühasirəyə aldı.

104 Belə bir məktub bax.: (Движение горцев Дагестана и Чечни…, c.251-253, 254, 277-279, 453-544, 499-501).

82

1844-cü ildə bizim xidmətimizdə olan Daniyel bəy105 − 22

500 nəfərdən ibarət dağlının ağası olan İlisu sultanı onun tərəfinə keçdi.

Bizim Qafqaz qəhrəmanlarına qarşı bir sıra uğursuz-luqlarına baxmayaraq, Şamilin qüvvəsi ildən-ilə artırdı.

Xalqın gözündə mövqeyini qoruyub saxlamaq və onu möhkəmləndirmək üçün Şamil hələ səhnəyə çıxdığı ilk vaxtlarda Qafqazın hər yerində önəm verilən adi vasitəyə

– qan qohumluğu əlaqələrinə üz tutdu. Bilmirəm, o əvvəlcə kiminlə evli idi, lakin iki qızını bütün Dağıstanda hörməti tutulan, keçmiş mürşidi Camaluddinin iki oğluna ərə vermiş, oğlu Qazi Məhəmmədi isə sonralar Daniyel bəyin qızı ilə evləndirmişdi.

Bizim qəzetlərdə yazırlar ki, o özü Camaluddinin qızı ilə evlənmişdi, lakin müsəlman qanunu onun qızlarının belə bir nikaha girməsinə izin vermir106.

Beləcə, Şamil əlində dini və dünyəvi hakimiyyəti cəmləşdirməklə, ağıllı və düşünülmüş sərəncamları və

davranışı ilə öz imamətinin hüdudlarını genişləndirə bildi. Qafqaz dağlarının məşhur hökmdarının hakimiyyətinin və dəyərinin nə dərəcəyə qalxdığını təsəvvürə gətirmək üçün ötən 1834-cü ildən 1857-ci ilə qədərki qəzetləri gözdən keçirmək kifayət edir. Əslində, heç buna da ehtiyac yoxdur. 1833-cü ildən bu günlərədək Qafqazda bizim 105 İlisu sultanı general-mayor Daniel bəy, Şamilin tərəfinə 1844-cü ilin iyununda keçib (Движение горцев Дагестана и Чечни…, c.476). Tezliklə, xüsusən də qızını imam Qazi Məhəmmədin oğluna ərə verdikdən sonra Daniel bəy Şamilin ən yaxın silahdaşlarından birinə çevrildi. 1859-cu ildə o, İrıb qalasını təslim etdi və avqustun 2-də Rusiyanın tərəfinə keçdi (Хроника…, с.247).

106 Şamil, Cəmaləddinin qızı Zahidət ilə evlənmişdi, imamın qızı isə Cəmaləddinin oğlu Əbdürrəhmanda ərdə idi.

83

qoşunların sayının tədricən artırıldığına diqqət yetirin və

sol cinah ordusunu 1833-cü ildən bütün Qafqaz Korpusu-nun qoşun sayı ilə müqayisə edin və siz özünə qarşı bu qədər qoşunu zəruri edən düşmən qüvvəsinin sayını-san-balını qiymətləndirə, bu diyarın bütün tayfalarına Şamil adının nə kimi təhlükə və təhdid yaratdığını hiss edə bilərsiniz.

Burada qeyri-ixtiyari olaraq təkrar edirsən: Qafqazdakı rus silahına eşq olsun! Knyaz Baryatinskiyə eşq olsun!

Mən Şamildən soruşdum ki, ən yaxşı vaxtlarda onun qoşunlarının sayı hansı rəqəmlərlə ifadə olunurdu? O, bir qədər düşündü, sonra da öz oğlu ilə hesabı dəqiqləşdirib cavab verdi: onun torpaqlarının müxtəlif məntəqələrində

altmış minə qədər107, təkcə Gürcüstanın üstünə gedəndə

isə iyirmi min döyüşçüsü var imiş. Onun toplarının sayı isə yüzə çatırdı108.

Şamilin bütün hərbi qüvvəsi ərəbcə “fəvaris” (tək halda faris) adlanan süvari qoşunlara və məşşat adlanan piyada qüvvələrə bölünürdü. Piyadaların və süvarilərin say nisbəti beşin yeddiyə imiş. Onun hər alayı min nəfərdən ibarət olub (əlf) və hərəsində beş yüz döyüşçü olan iki tabor və ya diviziyadan ibarət idi ( xəmsə mia); hər taborda və ya diviziyada hərəsi yüz nəfərdən ibarət beş rota və

eskadron (mia) vardı; rota da hərəsi əlli nəfərdən ibarət iki 107Bu rəqəm bir qədər şişirdilib. Hacı Yusufun gətirdiyi rəqəmlərə görə, XIX

yüzilin 40-cı illərində Şamilin 15 min canlı qüvvəsi vardı, onlardan 5880

nəfəri atlı və 8870 nəfəri piyada idi. 40-cı illərin əvvəllərində Qafqaz komandanlığının əlində olan rəqəmlərdə də 15 min döyüşçü göstərilir (ЦГВИА, ф.

ВУА, д. 6468, л.9).

108 Şamilin idarəçiliyi ərzində imamətdə 40-50 top tökülüb (Военный

сборник, 1870, N 11, с.180).

84

vzvoda bölünürdü ( xəmsün); hər vzvod beş kaprallığa ( əmara) ayrılırdı. Alay komandiri rəisül-əlf, yəni min nəfərin başçısı, diviziya və ya tabor komandiri rəisu xəmsə mia, beş yüz başı; rota komandiri – rəisu mia, yüzbaşı; vzvod komandiri – rəisu xəmsin, əlli başı; kapral – rəisu əmarə, onbaşı adlanırdı.

Bu rütbələrin fərqlənmə nişanları var idi… Alay və

diviziya komandirlərinin nişanları üç bölməyə ayrılan dairəvi gümüş təbəqədən ibarət idi. Birinci bölmədə

dairəvi olaraq ərəbcə beyt yerləşdirilmişdi: “Əgər savaşa baş vurdunsa, yumşaqlığı bir kənara qoy. Onun bütün çətinlik-lərinə döz. Qədəri tamam olmayan ölmür” .

Bu şeir parçasını biz Şamilin bəzi qoşun bayraqlarında da görürük. Bu təbəqə üzərindəki ikinci dairədə müsəlman dininin ilk iki rəmzi təsvir edilib: “Əşhədü ən la ilahə illəllah, Mühəmmədən rəsulillah” ; bu sözlər dairənin dörd üzbəüz yerlərində təsvir olunmuşdur. Bu üsluba biz Samanilərin və digər qədim dövlətlərin sikkələrində də

rast gəlirik. Mərkəzi dairədə komandirin rütbəsi təsvir edilib, yəni o min nəfərin, ya da beş yüz nəfərin rəisidir…

Yüzlük komandirinin nişanı aypara şəklində gümüş

təbəqədən ibarətdir, onun aşağı hissəsi əyilmiş xətt, yay şəklindədir. Bu təbəqənin bir üzündə komandirin rütbəsi əks olunmuşdur.

Əllibaşının nişanı küt qatlanmış bucaqlı üçkünc təbəqədə belə bir yazıya malik idi.

Kapral nişanı festona bənzər ucluqları olan misdən –

uzunsov dördbucaqlıdan ibarət idi.

85

Bundan başqa, Şamil döyüşlərdə fərqlənən müridləri üçün təltif nişanları təsis etmişdi109. Əlimdə bu ordenlərin təsvirləri yoxdur. Onlardan biri Elmlər Akademiyası muzeyində nümayiş olunur və “Aqibəti düşünən heç vaxt qəhrəman ola bilməz” yazılı gümüş yarımdairədən ibarətdir. Bu yazı müridləri səciyyələndirən kor-koranə, dəli-cəsinə fədakarlığı öyrədir; imam nəyi əmr etsə, düşünmə-dən, bizdə deyildiyi kimi, sözsüz icra olunmalıdır.

Burada ilk xaç yürüşlərindən bizim günlərə gəlib çatmış, müridlərin öz imamına kor-koranə itaətkar olduqlarını xarakterizə edən və tam həqiqətdən xəbər verən bir lətifəni misal gətirmək istəyirəm. Fələstindəki fransız par-tiyasının başçısı, Şampan qrafı, Konradın varisi Henrix Fələstində səyahət etdiyi əsnada dağlardakı Məzyəd qəs-rinə, Assasin naiblərindən biri olan Sinanın yanına gəlir.

Sinan o vaxtlar fədəvi (fədayi) adlanan, ağ geyimli, başları çalmalı və əllərində xəncər tutmuş müridlərinin əhatəsində dayanmışdı. Uçurumun kənarında ayaqüstü söhbət zamanı naib Sinan, Henrixə deyir: “Düşünmürəm ki, siz franklarda mənimkilər kimi itaətkar qoçaqlar olsun”.

Sonra da dodağının altında nəsə deyib, başı ilə müridlərinə işarə vurur. Henrix gözünü açıb-yumunca iki mürid başı aşağı uçuruma atılır.

“Bu ağ geyimli müridlərim mənə, bax, belə itaət edirlər, – deyə imam bildirir. – Əgər istəyirsən, əmr edim, onların hamısı bu iki nəfər kimi özlərini uçuruma atsınlar…”

109Xeyli sayda fərqlənmə nişanı Mahaçqalada Dağıstan Dövlət Birləşdirilmiş

Muzeyində kolleksiyada qorunub saxlanılır. Şamilin idarəçiliyi dövründə təsis edilmiş ordenlərin təsviri. Bax.: Спасский И.Г. Иностранные и русские

ордена до 1917 г. – Л., 1963, с. 126-129.

86

“Yox, yox, – deyə Henrix tələsərək cavab verir, – istəmirəm və inanıram ki, müridlərin sənə sözsüz itaət edirlər…”

Henrix, Sinanı buna da inandırır ki, franklar arasında bunlar qədər fədakar nökərləri olan monarx yoxdur.

Şamil kimi onun müridləri də, burada, Peterburqda onları gördüyümüz kimi, paradlarda ağ geyimdə olurdular. Vuruş zamanı müridləri Şamilin özünün ərəbcə qoşduğu şeiri xorla oxuya-oxuya hücuma gedirdilər.

Şamilin süqutu və iyirmi üç ildən çox dincliyin olmadığı yerlərdə sülhün bərqərar olması artıq oxucularımıza bəllidir. Onun Peterburqa səyahəti, burada olması və

onun yeni, səyyar həyatının bəzi epizodları da məlum faktlardır.

Bu məqalədə biz oxucularımızın Şamil haqqında indiyədək təfsilatı ilə bilmədikləri məsələlərdən danışmaq istəyirdik; ona görə də mütaliəni sevən insanlara dövri nəşrlər tərəfindən az və ya çox dərəcədə təfərrüatla çatdı-rılan hadisələr barədə ötəri söz açmalı oldum. İndi mənə

Şamilin Peterburqda olması barədə bəzi faktlardan söz açmaq qalır.

Belə bir özünəxas müdrik insanı, Şamil kimi bir qəhrəmanı görməyi arzu etmək hər şeyə maraq göstərən hər adam üçün bağışlanılası haldır. Tamamilə anlaşılan bu maraq cəmiyyətin böyükdən tutmuş kiçiyə qədər bütün təbəqələrində özünü göstərirdi110. Əlbəttə, mən də onu görməyi, onunla tanış olmağı, kəlmə kəsməyi yaman çox istəyirdim. Heç gözləmədiyim bir şəkildə bu mənə nəsib 110 Bax. qeyd 1-2

87

oldu. Şamil haqqımda eşidibmiş və özü məni görmək istədiyini bildirmişdi.

Bizim ilk görüşümüz oktyabrın 3-də, günorta mənim evimdə oldu, Şamil öz oğlu Qazi Məhəmməd və məiyyəti ilə təşrif buyurmuşdu. Ənənəvi salam-kəlamdan sonra imam mənə dedi: “Sənə müraciətimi bu şəkildə yazmaq istəyirdim: “Ey hələ üzünü görmədiyim, lakin tanıyıb-bildiyim insan, sənə salamlar olsun…”

“Təşəkkür edirəm, şöhrətli imam, sizi az qala bütün dünya tanıyır, – deyə ona cavab verdim, – indi bir çox ad-lı-sanlı adamlar belə bir qonaqla söhbət etdiyimə görə

mənə həsəd aparardılar”.

Şərqsayağı xoş-beşdən sonra mənim bütün diqqətim imamın üzünün cizgilərinə və ifadəsinə yönəldi. Onun kostyumu, boyu, bədən quruluşu və manerasının təsvirləri qəzetlərdə dürüst təqdim olunub və onları təkrarlamaq istəmirəm. Məni daha çox heyrətləndirən onda elm haqqında, əlbəttə, Dağıstan üləmasının əlləri çatan elmlər haqqında söhbətlərə sevgi idi. Şamil və Şərq müdrikliyin-də, demək olar, onun qədər məlumatlı olan oğlu ən müxtəlif müsəlman alimləri, onların əsərləri haqqında, öz tədris işlərimdə hansı əsərləri əldə rəhbər tutduğum haqqında suallar verirdilər: “Quran”ın təfsirini öyrədirəmmi, tələbələrə Məhəmmədiyyə qanunları məlumdurmu, öz mühazirələrimi özümün nəşr etdirdiyim hüquq kursu üz-rəmi oxuyuram və s.

Qəribə suallar da verirdilər, məsələn, ruslar ərəb qrammatikasını, bəlağət elmini, məntiq və prosodiyanı bilirlərmi və s. Əlbəttə, bütün bu suallar ondan ötrü veril-mirdi ki, öz elmi səviyyələrini göstərsinlər. Əsla. Daha çox ona görə verilirdi ki, mənim Şərq elmləri nomenklatu-88

rasını bilib-bilmədiyimi və bu elmlərin ruslara bəlli olub-olmadığını yoxlasınlar.

Şamilin sözlərinə görə, o, mənim yanıma “Şərq elmlərini bilən alimə” baş çəkmək arzusu ilə gəlmiş olsa da (mənim əsərlərim və nəşr etdirdiyim kitablar bundan xəbər verirmiş), lakin kim bilir, bəlkə də o, düşünürmüş ki, bu əsərləri mənim yazıb-yazmadığımı, nəşr etdirdiyim kitablardan başımın çıxıb-çıxmadığını yoxlasın. Hər halda, imamın evimdə olduğu bütün müddət demək olar qiraət-də və elmi söhbətdə keçdi.

Mənim Şərq kitabxanamdakı kitablar arasında onu daha çox ərəb dilindəki “Mizanüş-şə’rani” 111 adlı kitab məşğul etdi. Bu əsərin müəllifi Şərqin mistik alimləri sırasına mənsubdur və müsəlman hüququnun bilicilərindən sayılır. Öz əsərində müəllif sübut etmək istəyir ki, sünni məzhəbində dörd təməl qanun arasında – əzəmi, şafei, hənbəli və maliki təriqətləri arasında elə bir fərq yoxdur, ötəri fərqlər həqiqətin yalnız zahiri formalarındadır; ona görə də o, bu təlimlər arasındakı fərqləri bəndlər üzrə tam təyin etmiş və barışdırıcı yekun rəyə gəlməyə çalışmışdı.

Bu əsərin başlıca müsbət tərəfi bundan ibarətdir. Lakin Şamilin və onun elmli müridlərinin gözlərində bu əsərin daha bir gözəl tərəfi də vardı.

Müəllif bütün həqiqi təlimlərin öz mənbəyini götürdüyü bir və mütləq olan həqiqətə apardığını izah və sübut etmək istəyərkən kitabın giriş sözündə xəyal aləminin dərinliklərinə də baş vurur və onun təxəyyül oyunu 111“Əl-mizan əl-kübra” (“Böyük tərəzilər”) əsərinin müəllifi misirli Əbdül-vahhab ibn Əhməd əş-Şə’ranidir. (Hicri 973, miladi 1565-ci ildə vəfat etmişdir).

89

yerini gah maddi aləmdən ruhani aləmə, gah da əksinə

dəyişdirir. Gah da, nəhayət, bu iki mənbənin bir fantastik ideyada birləşməsinə gətirib çıxarır.

Əyani izah üçün o, fırça ilə həqiqəti və ya dörd imamın öz təliminin başlanğıcını götürdüyü həqiqətin mənbəyini təsvir edir; sonra bu həqiqətləri bir mütləq əbədi və

əzəli həqiqətə müncər edir. Ardınca həqiqət onu həzlər aləminə aparır ki, bu da cənnətin təsviri ilə təqdim olunur. Cənnətdə bütün müqəddəslərin, başda Məhəmmədin öz dostları ilə birlikdə yer aldığı instansiya göstərilir.

Bütün bunlar müsəlman fantaziyasının diqtəsi altında, əlbəttə, mahirlikdən daha çox müqayisəyəgəlməz dərəcədə

daha cəsarətli bir əllə təsvir edilmişdir.

Şamil bu təsvirləri uzun-uzadı gözdən keçirdi və

avar dilində öz oğlu və müridi Hacı-Məhəmmədə hər təsvirin başlıca mənasını təfsir etdi. Peyğəmbərlərin və müqəddəslərin yer aldığı cənnət məqamları təsvir olunan sə-hifəyə çatanda Şamil, Məhəmmədin yerini və məqamını görüb, mötəbər imam intonasiyası ilə öz oğluna və müridinə dedi: “Allaha and olsun, bu doğrudur: mən onu sonuncu dəfə belə gördüm (əlbəttə, təxəyyülündə və ya rö-yada, hərçənd, bu və digər imam, ehtimal ki, bunu vəhy kimi qəbul edir).

Ücretsiz ön izlemeyi tamamladınız.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
16 kasım 2022
Hacim:
430 s. 1 illüstrasyon
Tercüman:
Telif hakkı:
Hədəf nəşrləri